“Bayer”in məşqçisi 12 min avro cərimələnib

11 Yanvar 2018 06:03 (UTC+04:00)

Almaniya Futbol Birliyi “Bayer”in məşqçisi Hayko Herrlixi qeyri-idman davranışına görə 12 min avro cərimələyib. Almaniya Futbol Birliyinin rəsmi saytında yer alan xəbərə görə, Almaniya kubokunun üçüncü turunun Menxenqladbaxın “Borussiya” (1:0) komandasına qarşı keçirilən oyununda məşqçi 75-ci dəqiqədə yarımmüdafiəçi Denis Zakarianın onu itələməsini simulyasiya edib və özünü idmançıya layiq olmayan tərzdə aparıb. Herrlix ittihamlar ilə razılaşdığından qərar qətidir.