Rusiyanın tanınmış violin ifaçısı Bakıda çıxış edəcək

10 Yanvar 2018 19:11 (UTC+04:00)

Yanvarın 16-da Beynəlxalq Muğam Mərkəzində “Klassik musiqi inciləri” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunacaq. Muğam Mərkəzinin məlumatında deyilir ki, konsertdə rusiyalı violin ifaçısı, beynəlxalq müsabiqələr laureatı Elina Drux çıxış edəcək.

Görkəmli rus və Azərbaycan bəstəkarlarının əsərlərinin səslənəcəyi konsertdə ifaçını beynəlxalq müsabiqələr laureatı, pianoçu Aslan Aslanov müşayiət edəcək.