Saatlıda 7 otaqlı ev yanıb

10 Yanvar 2018 17:33 (UTC+04:00)

Saatlıda yanğın hadisəsi olub. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Dəlilər kəndində ümumi sahəsi 170 kv.m olan qamışdan ibarət birmərtəbəli 7 otaqlı ev və əşyaları 110 kv.m sahədə yanıb.

Yanğından evin qalan hissəsi mühafizə olunub.​