“Kəpəz” “Sabah” ilə qarşılaşacaq

10 Yanvar 2018 12:41 (UTC+04:00)

Yanvarın 7-də Bakıda təlim-məşq toplanışına başlayan “Kəpəz” paytaxt hazırlığı müddətində iki yoxlama oyunu keçirəcək. SİA-nın məlumatına görə, "sarı-göylər” yanvarın 13-də klubun əvəzedici heyəti, ayın 15-də isə aşağı liqa təmsilçisi “Sabah” ilə qarşılaşacaq.

Hər iki matç saat 14:00-da başlayacaq və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında keçiriləcək.