Böyük Britaniyada qocaman qorilla ölüb
10 Yanvar 2018 00:16 (UTC+04:00)
Böyük Britaniyada Lonqlit safari-parkında qocaman qorilla ölüb. Trend-in məlumatına görə, Niko adlı qorilla 56 yaşında yatarkən yuxuda ölüb.
Qeyd olunur ki, 1980-ci ildə safari-parka gətirilmiş Niko gölün ortasındakı adada ayrıca evdə yaşayırmiş. Bildirilir ki, qorillanın evində televizoru da olub. Nikonun 56-cı doğum günü ötən ilin iyulunda təntənəli şəkildə qeyd olunmuşdu.