Beynəlxalq boks turnirindən 4 medal
20 Oktyabr 2010 18:30 (UTC+04:00)
Azərbaycanın gənclərdən ibarət yığma komandası 10-15 oktyabr 2010-cu il tarixlərində Rusiyanın Anapa şəhərində təşkil olunmuş beynəlxalq boks turnirinə qatılıblar. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan idmançıları turnirdən ölkəmizə 2 qızıl və 2 gümüş medal gətiriblər. Rauf Rəhimov (75 kq), Teymur Məmmədov (91 kq) 1-ci, Saqi Salehli (69 kq) və Rəvan Əliyev (75 kq) 2-ci yerin sahibi olublar.