Pakistan rəsmiləri bildiriblər ki, Karaçi şəhərində daha beş nəfər qətlə yetirilib. Beləliklə dörd gün sürən qarşıdurmalar nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.
SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, hadisənin sonuncu qurbanları bu gün hücumçular tərəfindən güllə ilə vurulub. Şənbə günü Karaçidə başlayan qarşıdurmalar zamanı təxminən 50 nəfər yaralanıb. Hadisə bu ilin əvvəlində qətlə yetirilmiş qanunvericini əvəz etmək üçün bazar günü seçkilərin keçirildiyi günə təsadüf edir. Quami hərəkatının üzvü olan vilayət qanunvericisi Raza Heydər avqus ayında Karaçidə güllələnmişdi. Onun qətli 85 nəfərin ölümü ilə nəticələnmiş dörd gün sürən qarşıdurmalara səbəb olmuşdu