Trampın tibbi müayinəsinə psixiatr cəlb olunacaqmı?

9 Yanvar 2018 09:56 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın ənənəvi tibbi müayinəsinə psixiatr cəlb olunmayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Ağ evin sözçüsü Hoqan Qidli açıqlayıb.

ABŞ liderinin müayinəsinə psixiatr cəlb edilibmi sualına Qidli "yox"- deyə, cavab verib.

Qeyd edək ki, Trampın opponentləri bəyan ediblər ki, ABŞ prezidentinin psixoloji problemlər var və o dövləti idarə edə bilməz.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Trampla bağlı söz-söhbət onun "Twitter"də Şimali Koreya Lideri ilə mübahisələri ifadələri fonunda yaranıb.