Uqo Çaves İranda səfərdədir
20 Oktyabr 2010 07:38 (UTC+04:00)
Venesuela Prezidenti Uqo Çaves oktyabrın 19-da İrana səfərə gəlib. SİA-nın məlumatına görə, Prezident Mahmud Əhmədinejad və digər rəsmilərlə keçirilən görüşlərdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib. Səfər çərçivəsində İran-Venesuela İqtisadi Forumu təşkil edilib.