İsveçdə silahlı insident olub.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə ölkənin Arlov şəhərində qeydə alınıb.
Məlumata görə, naməlum şəxsin küçədə atəş açması nəticəsində 1 nəfər ölüb. Polis onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb. İnsidentin səbəbləri araşdırılır.