Suriyada hərbi bazaya hücum edilib

9 Yanvar 2018 03:04 (UTC+04:00)

Suriyanın Hmeymim və Tartus hərbi bazasına hücuma cəhd edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edir ki, 13 pilotsuz hava vasitəsi sözügedən bazalara hücuma cəhd edib. Rusiyaya məxsus hərbi təyyarələr hücumun qarşısını alıblar.