İordaniyada 17 İŞİD terrorçusu tutulub

9 Yanvar 2018 00:05 (UTC+04:00)

İordaniyanın xüsusi xidmət orqanlari İŞİD-in planlaşdırdığı genişmiqyaslı terror hücumunun qarşısını alıb. Bu barədə İordaniyanın rəsmi xəbər agentliyi PETRA məlumat yayıb. Xəbərdə deyilir ki,, həyata keçirilən əməliyyat nəticəsində terror qruplaşmasının 17 üzvü həbs edilib. Terror hücumlarının hədəfi polis idarələri, hərbi və ticarət obyektləri olub.

Həbs edilənlərin ictimai-siyasi sabitliyi pozmaq məqsədilə 2017-ci ilin noyabrında da bir neçə terror aktı törətməyi planlaşdırdıqları məlum olub.