Koutinyo “Barselona”da Arda Turanın formasını geyinəcək

8 Yanvar 2018 20:16 (UTC+04:00)

“Liverpul”dan “Barselona”ya transfer olunan Filippe Koutinyonun yeni klubunda hansı nömrəli formanı geyinəcəyi bəlli olub. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu Kataloniya təmsilçisində 7 nömrəli formada çıxış edəcək. Klubun rəsmi mağazalarında Koutinyonun adı yazılmış 7 nömrəli formaların satışa çıxarıldığı bildirilir.

Qeyd edək ki, hazırda “Barselona”da 7 nömrəli formanı Arda Turan geyinir. Onun çıxış etdiyi nömrənin Koutinyoya verilməsi Ardanın komandadan göndəriləcəyinin dəqiqləşdiyini göstərir.