"Səbail"in rəqibləri dəqiqləşib

8 Yanvar 2018 17:42 (UTC+04:00)

“Səbail” futbol klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı ərzində dörd yoxlama oyunu keçirəcək. SİA-nın məlumatına görə, sınaq rəqiblərindən üçünün adı və oyunların keçirilmə tarixi dəqiqləşib.

Premyer Liqanın debütantı 12 günlük hazırlıq prosesi çərçivəsində yanvarın 23-də Ukraynanın “Çernomorets”, 26-da Serbiyanın “Napredak”, 29-da isə Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubları ilə qüvvəsini sınayacaq.

Oyunların saatları və digər rəqibin adı dəqiqləşdikdən sonra məlumat veriləcək.

Qeyd edək ki, "Səbail" yanvarın 20-dən fevralın 2-dək Antalyada hazırlıq keçəcək.