Azərbaycan "Qızıl qala" beynəlxalq kinofestivala qatılacaq

8 Yanvar 2018 16:55 (UTC+04:00)

Rusiya Federasiyasının İnquşetiya Respublikasında "Qızıl qala" V Beynəlxalq yubiley kinofestivalı keçiriləcək.

SİA-nın Rusiya KİV-nə istinadən xəbər verir ki, kinofestivalda ölkəmizdən də nümayəndələr qatılacaqlar. Belə ki, proqrama Azərbaycan, Şimali Qafqaz və Gürcüstandan gənc rejissor və ssenaristlərlə görüşlər də daxil ediləcək.

Narzan şəhərində idman sarayında keçirilməsi planlaşdırılan kinofestivalda Rusiyanın tanınmış rejissorları, ssenaristlər, əməkdar incəsənət xadimləri iştirak edəcəklər.