Elmar Məmmədyarov ABŞ Maliyyə katibinin müavini qəbul edib

20 Oktyabr 2010 03:29 (UTC+04:00)

Nazir Elmar Məmmədyarov ABŞ-ın Maliyyə katibinin müavini Stiven Livininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-ABŞ münasibətləri, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı və regional məsələlər müzakirə olunub.

Nazir E.Məmmədyarov regional inkişafa ən böyük təhlükə həllinin tapmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının işğal altında saxlanması olduğunu qonağın nəzərinə çatdırıb.

Həmçinin görüş zamanı bir sıra qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.