“Qeyri-neft sektorunun inkişafında gənclərin rolu”

8 Yanvar 2018 15:22 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qeyri-neft sektorunun inkişafında gənclərin rolu” adlı layihənin bağlanış mərasimi Azərbaycan Dövlət Pedaqoji Universitetində həyata keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aytən Hüseynova gənclərə layihənin mahiyyəti barədə ümumi məlumat verib, layihənin əsas ideyasını və layihə ərzində keçirilən təlimlərin mövzularını bir daha iştirakçıların nəzərinə çatdırıb.

Daha sonra təlimçi iştirakçıları salamlayaraq qeyri-neft sektoru sahələrinin bir neçəsi haqqında danışıb və bununla bağlı maarifləndirmə işlərinin mütəmadi olaraq həyata keçirlməsinin vacib olduğunu vurğulyıb. Daha sonra layihə iştirakçısı olan gənclərin mövzu ilə əlaqədar verdiyi suallar cavablandırılıb və tədbir ümumi müzakirə formatında davam edib. Layihə ərzində əldə olunan məlumatlar və statistik informasiyalar gənclərin gələcəkdə özlərinə peşə seçimində kömək edəcək.