Futbolçu silahlı hücuma məruz qalıb

8 Yanvar 2018 10:37 (UTC+04:00)

“Amedspor” klubunun futbolçusu Deniz Naki dövrə arasındakı tətil müddətində Almaniyaya gedib. SİA-nın məlumatına görə, o, bu ölkədə avtobildə hərəkət edərkən silahlı hücuma məruz qalıb. Hücum gecə yarısı Dürendəki A4 magistralında olub. Futbolçu hadisə ilə bağlı yerli mediaya açıqlama verib: “Avtomoili idarə edərkən silah səsləri eşitdim. Səslər sol tərəfimdəki qara avtomobildən gəldi. Dərhal əyləcə basaraq maşını sağda saxladım. Çox qorxmuşdum. Bunun siyasi məsələ olduğunu düşünürəm”.

O, polisə zəng edərək baş verənlər haqda məlumat verib.