Ötən ilin dekabr ayında hərraclarda yarım milyard dollardan artıq valyuta satılıb. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, öncədən də proqnozlaşdırdığımız kimi, ötən ay dollara tələbin artması müşahidə edildi. İlin son ayında əvvəlki ay ilə müqayisədə 2,8 dəfə çox, yəni 584,8 milyon dollar satılıb.
Deməli, ötən ay məzənnənin qorunması birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olub. Sadəcə bir ay ərzində yarım milyard dollardan artıq xarici valyutanın satılması dollara olan tələbin xüsusi aylarda yüksək olduğundan xəbər verir. Bu isə o deməkdir ki, bu il də manatın məzənnəsi Dövlət Neft Fondunun satdığı dolların məbləğindən və deməli, neft gəlirlərimizin həcmindən asılıdır.
2018-ci ildə isə Mərkəzi Bank üçün çətin aylar mart, avqust və ilin son ayı olacaq.