Azərbaycandan Türkiyəyə gedən avtobus yandı

8 Yanvar 2018 10:10 (UTC+04:00)

Azərbaycandan Türkiyəyə hərəkət edən sərnişin avtobusu Gürcüstanın şərq hissəsində olarkən yanıb. SİA-nın məlumatına görə, bu barədə Gürcüstanın İctimai Televiziyası xəbər yayıb.

Avtobusda 50 sərnişin - müxtəlif ölkələrin, o cümlədən Rusiya vətəndaşları olub.

Bazar ertəsinə keçən gecə baş vermiş hadisə zamanı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb.

Nəqliyyat vasitəsi tamamilə yanıb.

Qeyd edək ki, fakt araşdırılır.