Kadovar adasında vulkan püskürüb

8 Yanvar 2018 10:04 (UTC+04:00)

Papua-Yeni Qvineyanın hakimiyyət orqanları vulkan püskürməsi səbəbindən Kadovar adasının sakinlərini təxliyə ediblər.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, eyniadlı vulkanın püskürməsi nəticəsində adada yaşayan 600 nəfər köçürülüb.

Vulkan yanvarın 5-də fəallaşmağa başlayaraq əvvəlcə kül püskürüb. Bazar günü günortaya yaxın vulkanın fəallığı artıb. Vulkanın sonuncu dəfə 40 il bundan əvvəl püskürdüyü bildirilir.