Mingəçevirdə yeniyetmə qız intihara cəhd edib

8 Yanvar 2018 08:01 (UTC+04:00)

Mingəçevir şəhərində yeniyetmə qız intihara cəhd edib. "Report"un Şirvan bürosu xəbər verir ki, hadisə dünən şəhərin N.Rəfibəyli küçəsi, 11 ünvanında qeydə alınıb.

2002-ci il təvəllüdlü N.O yaxınları ilə mübahisə etdikdən sonra sirkə turşusu içərək özünü öldürmək istəyib. Qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.