Ərəblərin qırıcısı Yəməndə qəzaya uğrayıb

8 Yanvar 2018 00:47 (UTC+04:00)

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya məxsus qırıcı idarəetməni itirməsi nəticəsində Yəmənin Saada əyalətində qəzaya uğrayıb. Bu barədə “Əl-Ərəbiyə” məlumat yayıb. Qəzanın texniki səbəblərdən qaynaqlandığı bildirilib. Təyyarənin hər iki pilotu isə qəzadan sağ-salamat qurtulub.

“Saba” agentliyi isə qırıcının husilər tərəfindən vurulduğu barədə məlumat yayıb.