Xumar Qədimovadan fərqli ifa VİDEO

4 Yanvar 2018 14:18 (UTC+04:00)

Əməkdar artist Xumar Qədimova Yeni ildə ilk nəğməsini təqdim edib.

SİA-nın məlumatına görə, müğənninin səsləndirdiyi mahnı “Sarhoş gibiyim” adlanır. Sevilən ifaçının budəfəki seçimi türk folklor musiqisindən olub.

Qədimova uzun illərdir sevilərək dinlənilən “Sarhoş gibiyim”ə yeni nəfəs verib. Müğənni mahnını tamamilə fərqli tərzdə və özünəməxsus şəkildə ifa edib.