Müğənnilər Sevil və Sevinc bacıları plastik əməliyyatdan əvvəlki fotolarını paylaşıblar. SİA-nın məlumatına görə, əkizlər onları tənqid edənlərə cavab veriblər: “Bir, yoxsa iki demirəm, ayıb olar. Bütün səhifələrdə yazılanlara cavab verim: Keçmişimdən utanıram? Gözəl sualdır. Qətiyyən yox. Deyim niyə? Təki bizi xarici görünüşümüz üçün utandırasınız. Demirəm, bunu paxıllıq edib yazırsınız. Çünki o hissi kiməsə yaşatmaq üçün qeyri-adi heç nəyimiz yoxdur. İstənilən halda hər kəs estetik dəyişiklik edə bilər. Edirsə də özünü kompleksiz hiss etsin deyə edir. Bu, hər kəsin şəxsi seçimidir. O ki qaldı “Bunlar da adam oldu” deyənlərə. Bizi Allah insan olaraq yaradıb, heyvan olaraq yox. Allahım bərəkət verib, biz də hərəkət edirik. Siz də 24 saat çalışın, nəticə sizi də sevindirəcək”.