Moldovada prezidentin səlahiyyətləri dayandırılıb

2 Yanvar 2018 23:23 (UTC+04:00)

Moldova Prezidenti İqor Dodonun vəzifəyə təyinetmə səlahiyyəti parlamentin spikeri Andrian Kanduya verilib. Kandu bu səlahiyyətin ona Konstitusiya Məhkəməsi tərəfindən verildiyini bildirib.

Parlament sədri bir neçə nazir təyin edəcək. Təyinatın nə vaxt baş tutacağı bildirilməyib. Qeyd edək ki, Moldova Konstitusiya Məhkəməsi Prezident İqor Dodonun səlahiyyətlərinin dayandırılması barədə qərar qəbul etmişdi.