Mənzildə partlayış Xəsarət alan var

2 Yanvar 2018 14:15 (UTC+04:00)

Bakıda mənzildə partlayış baş verib. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 1-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşayan Könül Cəfərovanın evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə K.Cəfərova, qızı Aysun və qardaşı qızı Nərmin Məmmədova yanıq xəsarətləri alıb, xəstəxanaya yerləşdiriliblər.