Gədəbəydə yanğın olub

2 Yanvar 2018 06:05 (UTC+04:00)

Gədəbəy rayonunda yanğın olub. FHN-in saytında yer alan məlumata əsasən, rayonun Böyük Qaramurad kəndində ümumi sahəsi 200 m² olan 7 otaqlı evin çardağı 100 m² və 2-ci mərtəbədə 1 otağın tavanı 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.