Mərakeşli tələbələr kosmonavtlarla ünsiyyətə girəcəklər

1 Yanvar 2018 10:53 (UTC+04:00)

Ərəb dünyasında ilk dəfə olaraq, Beynəlxalq Kosmik Stansiya və mərakeşli tələbələr arasında video-konfrans təşkil ediləcək.

Milli İnformatika və Sistem Analizi Məktəbinin seçilmiş 20 tələbəsi Beynəlxalq Kosmik Stansiyada olan kosmonavtlarla ünsiyyətə girəcəklər. Video-konfransın 2018-ci ilin yanvarında reallaşdırılacağı bildirilib.

Xatırladaq ki, Mərakeş 2017-ci ilin noyabrında tarixində ilk dəfə kosmosa peyk buraxıb.