4 terrorçu məhv edilib

31 Dekabr 2017 15:22 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Hərbi Hava Qüvvələri PKK terror qruplaşmasının İraqın şimalındakı mövqelərinə hava zərbələri endirib.

Məlumata görə, hava zərbələri nəticəsində 4 terrorçu məhv edilib.

Zərbələr PKK-nın raket və minomyot atəşinə cavab olaraq endirilib.