Kolumbiyada gecə klubunda qumbara partlayıb

30 Dekabr 2017 01:17 (UTC+04:00)

Kolumbiyanın Kaukasiya şəhərində gecə klubunda qumbara partlayıb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılardan 11-in vəziyyəti ağırdır. Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən bir kişi və bir qadın saxlanılıb.