Qarşıdan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ildir. SİA-nın əməkdaşı şou-biznes nümayəndələrinə "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili harda keçirəcəksiniz? " sualını ünvanlayıb və maraqlı cavablar alıb.
Xalq artisti Aygün Kazımova: "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili sənət dostlarımla səhnədə keçirəcəm".
Əməkdar artist Mehriban Xanlarova: "Bayramları anam, qızım və nəvələrimlə evdə qeyd edəcəm".
Müğənni Natavan Həbibi: "2018-ci ili səhnədə qarşılayacam".
Müğənni Niyam Səlami: "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqımızı təbrik edirəm. Həmin günü evdə ola bilməyəcəm. Bayramları səhnədə keçirəcəm".
Müğənni Səidə Sultan: "2018-ci ili səhnədə qarşılayacam".
Müğənni Samir Priyev: "Həmin günü ailəmin yanında ola bilməyəcəm. Səhnədə 2018-ci ili qarşılayacam".
Müğənni Kərim Abbasov: "Hər il olduğu kimi 2018-ci ili ailəmlə yox, şou-biznes əhli ilə səhnədə keçirəcəm".
Müğənni Talıb Tale: "Bayramları səhnədə qeyd edəcəm. Həmin günü bir neçə məkanda çıxış edəcəm".
Reper Qurd: "Bayramları evimdə yox, iş başında qeyd edəcəm".
Meyxanaçı Namiq Qaraçuxurlu: "Bildiyiniz kimi, ayağım sınıb. Ev şəraitində müalicə alıram. 2 aylıq bütün təkliflərdən imtina etmişəm. Heç bir Yeni il şənliyində yer ala bilmədim. Fəaliyyətimi bir müddətlik dondurmuşam. Buna görə Yeni ili və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ailəmlə birgə evdə keçirəcəm”.
Rejissor Nail Naiboğlu: "Bildiyiniz kimi, 2017-ci il mənim üçün uğurlu olmadı. Həyat yoldaşım vəfat etdi. Bunun üçün mən heç bir bayram qeyd etmirəm. Həmin günü övladlarımla evdə olacam. Yanvar ayının 1-də dünyasını dəyişmiş xanımımın məzarını uşaqlarımla ziyarət edəcəm".
Aparıcı İlahə Nizamiqızı: "Hər il olduğu kimi 2018-ci ili iş başında qeyd edəcəm".