Batumidə tanınmış tenor Plasido Dominqonun konserti keçiriləcək
19 Oktyabr 2010 02:48 (UTC+04:00)
Noyabrın 25-də Batumidə tanınmış tenor Plasido Dominqonun konserti keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib. Məlumata görə, konsertə böyük hazırlıq işləri aparılır.
Konsertin keçiriləcəyi Pyassa meydanında 1500 oturacaq yerləşdiriləcək ki, konserti 5-7 min insan izləyə biləcək. Konsertdə iştirak etmək istəyənlər üçün xüsusi paketlər hazırlanır, bu paketlər Azərbaycan və Ukraynada da satışa çıxarılacaq.
Paketə konsertə bilet (oturacaqlı) 250 lari (111,5 manat), oteldə 35-40 faizli endirimlə qalmaq, restoran və klublarda 15 faizli endirim, eləcə də Batumidə pulsuz tur daxildir. Aviabiletlərə endirimlərin olacağı da istisna deyil.