Abbas Bağırov yenidən bəylik kürsüsündə əyləşəcək

27 Dekabr 2017 11:08 (UTC+04:00)

Bu gün əməkdar artist Abbas Bağırovun qulağına yenə "Vağzalı" havası dəyəcək. SİA-nın məlumatına görə, sənətçinin toyuna həmkarları, iş adamları dəvət olunublar. Məclis mediaya qapalı olacaq.

Abbas mayda kişi toyu etmişdi. Noyabrda isə müğənninin Gəncədə qız toyu baş tutub.

Qeyd edək ki, A.Bağırovun ikinci evliliyidir. Onun ilk nikahından qız övladı var.