Cenevredə Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı İşçi Qrupun 8-ci iclası keçirilir

18 Oktyabr 2010 23:44 (UTC+04:00)

Bu gün İsveçrənin paytaxtı Cenevrə şəhərində Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması ilə bağlı İşçi Qrupun 8-ci iclası keçirilir. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının ÜTT-yə daxil olması üzrə Danışıqlar Qrupunun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti sözügedən danışıqlarda iştirak edir.

 

19-22 oktyabr tarixlərində isə ABŞ, Avropa İttifaqı, Kanada, Yaponiya, Norveç, İsveçrə, Çinin Tayvan əyaləti və bir sıra digər ÜTT üzvləri ilə mallar və xidmətlər üzrə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.