340 kq məhsul məhv edildi
18 Oktyabr 2010 23:39 (UTC+04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər davam edir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, monitorinqlər zamanı Bakının Nizami rayonunda Q.Qarayev prospekti, ev 25/6, mənzil 30 ünvanında Rahilə Məhərrəmovaya məxsus mağazada, Q.Qarayev prospekti, ev 25/6, mənzil 15 ünvanında Zulafət Qafarovaya məxsus mağazada, Q.Qarayev prospekti, ev 25/6, mənzil 16 ünvanında yerləşən "Nərmin market"də, Q.Qarayev prospekti, ev 69 ünvanındakı "Qasid market"də, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsində, 2568 ünvanında yerləşən "Samir market"də, B.Nuriyev küçəsi, ev 40C ünvanında "Elgün market"də, Yasamal rayonunda C.Cabbarlı küçəsi, ev 16 ünvanında yerləşən "Mobil market"də, Füzuli küçəsi, 2/15 ünvanındakı "Fərid market"də, Səbail rayonunda, İstiqlaliyyət küçəsi, 47/13 ünvanında German Bekerova məxsus mağazada, İstiqlaliyyət küçəsi, ev 47 ünvanında yerləşən "Moskva ərzaqları"mağazasında, Şəmkir rayonunda Çinarlı qəsəbəsində yerləşən "Uğur 999 market"də və Həcər Məmmədovaya məxsus mağazada, Ağdam rayonunda Xındırısdan kəndində Mirağa Məmmədova məxsus mağazada, Quba rayonunda 1-ci Nügədi kəndində İlhamə Nadirovaya məxsus mağazada, Tovuz şəhərində H.Əliyev prospektində yerləşən "Bizim market"də, M.Musayev küçəsində Nərman Məmmədova məxsus mağazada ümumi çəkisi 340 kq olan saxlama müddəti ötən və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd mr>əhsulları, kolbasa, yağlar, un məmulatları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol verən şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötən, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.