Simferopol şəhərində yerləşən Darvin və Hayri Əmirzadə küçələrində yerləşən Krım tatarlarının evlərində yoxlamalar başlayıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Krım Həmrəyliyi” qrupu öz Feysbuk səhifəsində yayıb. Məlumata görə, Krım tatarlarının evlərində yoxlamalar yerli vaxtla 07:00-dan başlayıb.
Yoxlamaları Rusiya xüsusi təyinatlıları aparır. Yoxlamaların aparıldığı evlərə heç kim buraxılmır.