Piratçılıqla məşğul olduğuna görə 1.7 manat cərimə olundu

18 Oktyabr 2010 23:39 (UTC+04:00)
Məlumat verildiyi kimi, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən audiovizual sənaye məhsullarının satışı ilə məşğul olan Anar Qardaşov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, Anar Qardaşova 1,7 min manat maliyyə sanksiyası tətbiq edilib, piratçılıq yolu ilə çoxaldılmaqla satıldığı aşkar edilən 2000 ədəd DVD-nin məhv edilməsi barədə icrası məcburi göstəriş verilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabətə qarşı tədbirlərini davam etdirir.