“Mədəniyyətin və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq təlim keçiriləcək
18 Oktyabr 2010 22:21 (UTC+04:00)
Oktyabrın 26-27-də "Mədəniyyətin və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu" adlı beynəlxalq təlim keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliynin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, təlimin məqsədi respublikada aparılan mədəniyyət siyasəti çərçivəsində həyata keçirilən tədbirlərin düzgün işıqlandırılmasını təmin etmək, habelə yerli jurnalistlərin hazırlıq səviyyəsinin artırılmasıdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbu orqanları ilə səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması üçün sözügedən təlimdə Rusiya və Rumıniyadan ekspertlərin iştirakı nəzərdə tutulub.
Təlimin sonunda iştirakçılara nazirlik tərəfindən sertifikatlar veriləcək.