Otüstü hokkey üzrə Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, yüksək dəstədə çıxış edən kişi komandalarının mübarizəsində artıq çempion bəllidir. Baş məşqçi Feyzulla Rəhimbəyovun yetirmələrinə bu adı rəsmləşdirmək üçün son 3 turda cəmi 1 xal toplamaq lazım idi."Akkord" X turda Sumqayıtın "Gənclik" komandasını məğlub etməklə bu vəzifənin öhdəsindən layiqincə gəlib. Ötənilki çempion "Atasport" isə Qusarın "Şahdağ" komandasına məğlub olmaqla "gümüş" medal qazanmaq imkanlarını da sual altına salıb.
Birinci dəstədə mübarizə aparan kişi komandalarının yarışında Nizami RİOEUGİM və "Gəncə" komandalarının liderliyi davam edir. Hesabat turunda Nizami rayonunun hokkeyçiləri Cəlilabadın "Göytəpə" komandası ilə oyuna görə texniki qələbə alıb. Gəncəlilər isə Mingəçevir təmsilçisi "Kür"ü böyük hesabla məğlubiyyətə uğradıb.
Qadınların yarışında da liderlər xal ehtiyatlarını artırmağı bacarıblar. Belə ki, həm Nizami RİOEUGİM və "Atasport - 2" müvafiq olaraq "Sumqayıt" və "Bakı" komandalarına qalib gəliblər. Autsayderlər-"Şahdağ" və "Xəzər" matçında heç-heçə qeydə alınıb.
İkinci dəstədə çıxış edən kişi komandalarının birinciliyində "Təhsil" (Sumqayıt) "Olimp", "Xəzər" (Lənkəran) isə Şəki hokkeyçiləri üzərində qələbə qazanıblar.
TURUN STATİSTİKASI:
Yüksək dəstə (kişilər)
"Gənclik"(Sumqayıt) - "Akkord"(Bakı) - 3 : 5
Qollar: Elnur Nəbiyev 3, Rüfət Şükürov 21, Saleh Balamiyev 43, Rauf Şükürov 58, Aqşin Əliyev 60("Akkord"), Fərhad Muradi 11, Əli Nadirov 66,70("Gənclik")
"Şahdağ"(Qusar) - "Atasport"(Bakı) - 4 : 3
Qollar: Bitali Çequrko 2,60, Zöhrab Almirzəyev 30 ("Atasport"), Baba Səfərov 15,39,Fətulla Rzaxanov 50, Tehran Pirsaatov 52("Şahdağ")
Bombardir: Saleh Balamiyev ("Akkord") 26 qol
I dəstə (kişilər)
"Gəncə" - "Kür"(Mingəçevir) - 4 : 0
Nizami RİOEUGİM - "Göytəpə"(Cəlilabad) - 5+:-0
II dəstə (kişilər)
"Xəzər"(Lənkəran) - "Şəki" - 3 : 0
"Təhsil"(Sumqayıt) - "Olimp"(Masallı) - 1 : 0
Qadınlar
Nizami PİOEUGİM - "Sumqayıt" - 4 : 1
Qollar: Nurlanə Mövsümova 8,34, Xalidə Zeynalova 10, Gülər Aydınlı 38(Nizami RİOEUGİM), Həqiqət Bağırova 30("Sumqayıt")
"Atasport - 2" - "Bakı" - 3 : 1
Qollar: Amaliya Həsənova 40("Bakı"), Gülüm Rüstəmova 50, Fəridə Məmmədova 53,60("Atasport -2")
"Xəzər"(Lənkəran) - "Şahdağ"(Qusar) - 1 : 1
Qollar: Sehranə Ağayeva 48("Xəzər"), Günay Əsgərova("Şahdağ")
Bombardir: Nəsibə Safayeva (Nizami RİOEUGİM) 21 qol