Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni layihəni ictimaiyyətə təqdim edəcək

18 Oktyabr 2010 20:36 (UTC+04:00)
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Dünya Bankı ilə birgə Sosial Müdafiənin İnkişafı Layihəsi çərçivəsində "İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması" layihəsini həyata keçirir. ƏƏSMN-dən SİA-ya verilən xəbərə görə, oktyabrın 19-da bu layihənin təqdimat mərasimi təşkil ediləcək.

Tədbirdə beynəlxalq peşə standartları, təlim standartları, qiymətləndirmə standartlarının Azərbaycanda tətbiqi ilə ilə bağlı nəzərdə tutulan işlər barədə məlumat veriləcək.