Bu gün Azərbaycan Respublikasının Prezidenti, Medianın ən yaxın dostu İlham Əliyevin doğum günüdür. Əlamətdar günü çoxminli media işçiləri də sevinclə qeyd edir. Bu münasibətlə media kapitanları, onların təmsil etdikləri redaksiya kollektivləri Cənab Prezidenti özünəməxsus şəkildə təbrik edirlər. Bu təbriklərdən biri də facebook səhifəsində yaradılmış "İlham Əliyevin dostları" qrupunun hazırladığı videoçarxda nümayiş etdirilib.
Cənab Prezident! Biz sizin ad gününüzü təbrik edirik! Sizin dostunuz və köməkçiniz olduğumuz üçün qürur duyuruq. Arzu edirik ki, gərgin əməyiniz və qətiyyətiniz nəticəsində bu gün Cocuq Mərcanlıda dalğalanan üç rəngli bayrağımız ən qısa zamanda Şuşada, Xankəndində, Kəlbəcərdə və bu müqəddəs bayrağın həsrətində olan digər tarixi torpaqlarımızda dalğalansın. Siz ölkəmizdə media azadlığının ən böyük təminatçısınız. Bu şərəfli, çətin və məsuliyyətli həyat yolunda sizə uğurlar arzu edirik. Azərbaycan mediası sizinlədir!!!