NATO: "Rus donanması qarşısında zəifik"

24 Dekabr 2017 22:03 (UTC+04:00)

NATO-nun Baş katibi Yens Stoltenberq rus sualtı qayıqlarının yüksək səviyyədə fəaliyyət göstərdiyini və alyans donanmasının dəniz döyüşlərində lazımı bacarıqlarını itirdiyini bildirib. Axar.az xəbər verir ki, bu barədə Baş katib Almaniya mətbuatına danışıb.

“Rusiya öz donanmasına, xüsusən sualtı qayıqlarına əhəmiyyətli vasitələr cəlb edib. Soyuq müharibədən bəri Rusiyanın sualtı qayıqlarının fəaliyyəti indi ən yüksək səviyyədədir”, - Stoltenberq deyib.