Şəmkirdə 3 otaqlı ev yanıb

24 Dekabr 2017 05:33 (UTC+04:00)

Şəmkirdə yanğın hadisəsi qeydə alınıb. FHN-in saytında yer alan xəbərə görə, yanğın rayonun Əliyaqublu kəndində ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının tavanı 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.