ŞOK iddia: "Polşa hökuməti məhkəmələrə qarşı dövlət çevrilişi edib"

24 Dekabr 2017 02:13 (UTC+04:00)

"Polşa hökuməti məhkəmələrə qarşı dövlət çevrilişi edib." Bunu jurnalistlərə açıqlamasında Polşa Ali Məhkəməsinin rəhbəri Malqojata Qersdof söyləyib.

“Ölkənin ən vacib institutlarından birinə qarşı dövlət çevrilişi həyata keçirilir. Bu çevriliş ordu və ya silahlı strukturların iştirakı olmadan baş verir”, – deyə o bildirib.