"Belə qətnamələrin qəbulu Prezidentin düzgün xarici siyasətinin nəticəsidir"

23 Dekabr 2017 12:36 (UTC+04:00)

Milli Məclisin sədrinin müavini Ziyafət Əsgərov Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı son zamanlar qəbul etdiyi qətnamələrə münasibət bildirib. SİA-nın məlumatına görə, Ziyafət Əsgərov deyib ki, belə qətnamələrin qəbulu Azərbaycan Prezidenti İlham Əliyevin çox düzgün apardığı xarici siyasətin nəticəsidir. "Artıq Avropa Birliyində də anladılar ki, ölkələrin ərazi bütövlüyünü tanımadan digər ölkələrin sabitliyinə təminat yoxdur. Burada bütün ölkələrə eyni cür yanaşma olmalıdır. Yoxsa birinin ərazi bütövlüyünün tanınması, dogərinin tanınmaması ikili standartdır. Bu, Avropanın özündə də fəsadlar törədir". Z.Əsgərov bildirib ki, son hadisələr təkcə Avropa Birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması demək deyil, bu, eyni zamanda artıq AB tərəfindən bir öhdəlikdir: "Bunlar artıq bütün danışıqlarında Azərbaycanın ərazi bütövlüyünü öz öhdəlikləri kimi qəbul edirlər. Ona görə də Prezident İlham Əliyevin apardığı daxili siyasətin əsas faktoru insandır".