Fatih Terimin köməkçiləri müəyyənləşib

22 Dekabr 2017 14:32 (UTC+04:00)

"Qalatasaray"ın yeni baş məşqçisi Fatih Terimin köməkçiləri müəyyənləşib. SİA-nın məlumatına görə, Terim İstanbul klubunda Hasan Şaş və Yohan Elmanderlə birgə işləyəcək.

Hər iki keçmiş futbolçu əvvəllər "Qalatasaray"da çıxış edib. Hasan Şaş 2011-2013-cü illərdə də "Qalatasaray"da Terimin köməkçisi olub.

Qeyd edək ki, F.Terimin bu "Qalatasaray"la müqavilə bağlayacağı gözlənilir.