Ramil Usubov üçün özəl gün

22 Dekabr 2017 13:17 (UTC+04:00)

Bu gün Azərbaycanın daxili işlər naziri Ramil Usubovun doğum günüdür. Polis general-polkovniki olan R.Usubov 22 dekabr 1948-ci ildə Xocalı rayonunda anadan olub.

1970-ci ildən daxili işlər orqanlarında xidmət edən nazir cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.

1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub, 1989-1993-cü illərdə DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.
1993-cü ildə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub.

29 aprel 1994-cü ildən isə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindədir.

23 ildir nazir vəzifəsi tutan R.Usubov üç övlad atasıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, Ramil Usubov 1984-1987-ci illərdə Əli Bayramlı (indiki Şirvan şəhəri) şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib. Onu şirvanlılar bu gün də unutmurlar. 22 dekabr 1948-ci ildə İdris kişi ilə Rəna ananın ailəsində dünyaya gələn Ramil adlı oğullarının gələcəkdə bir məmləkəti, bir respublikanı qarış qarış gəzib uca zirvəyə qalxacağı Tanrının qismətiymiş. Allah istədiyi bəndələrinə xoş əməl sahibi olmasını bəxş edir və addım addım yüksəldir. Bu yüksəlişə heç kəs mane ola bilmir. Ramil Usubovda İlahi bir varlıq tərəfindən dəyərləndirildiyini görüb xalqının, dövlətinin sabitliyinin, təhlükəsizliyinin, əmin-amanlığının keşiyində vicdanla dayanıb. Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörənliyi, xalqını, dövlətini sevməsini Ramil Usubovu daxili işlər naziri təyin etməsində bir daha sübut edir. Azərbaycanın ən ağır günündə daxili işlər naziri vəzifəsini Ramil usubova Dahi Rəhbər Heydər Əliyevin etibar etməsi və barəsində səsləndirdiyi fikirlər əsaslı dəyərləndirmənin nəticəsi idi. Ramil Usubov nazir vəzifəsinə qədər bir çox şəhər və rayonlarda cavanlıq çağlarında milis şöbələrinin rəisi olub. 36 yaşında indiki Şirvan, o vaxtkı Əli Bayramlı şəhərinin milis şöbəsinin rəisi işləyib. O zaman Əli Bayramlı milis şöbəsinin rəisi Elşad Qaradağlı adlı şəxs olub və prokuror İsmət Qayıbov həmin rəisi 6 nəfər milis zabitiylə birgə həbs edibmiş. Təsəvvür edin milisin nüfuzuna xələl gələn, insanların inam və etibar heç olan vaxtda Ramil Usubov Əli Bayramlıya milis rəisi təyin edilib. Cəmi 3 il ərzində 1987-ci ilə kimi Ramil Usubov Əli Bayramlıda milisin nüfuzunu yüksəldərək əhali arasında ehtiram qazanıb.

Ramil Usubov Əli Bayramlıda işlədiyi dövrdə ictimaiyyətin bütün təbəqələırindən olan insanlarla dostluq münasibəti yarada bilib. 30 il bundan öncə əli bayramlılılarla Usubovun arasında yaranan səmimi münasibət bu gün də yaşayır. Bu gün ölkə əhalisidə nazir Ramil Usubovun vətəndaşlara həssaslıqından, müraciətlərinə ədalətli münasibət sərgiləməsindən, maneəsiz qəbul olunub dinlənilmələrindən məmnundurlar. Ramil Usubov əməli fəaliyyəti ilə Heydər Əliyev ideyalarına sadiqliyini və Prezident İlham Əliyevin siyasətinə xidmət etdiyini sübut edir. Dövlət məmurunun əsas qayəsi xalqla dövlət arasında olan inam körpüsünü möhkəmləndirmək olmalıdır. Bu yol Haqqın yoludur. Nazir Ramil Usubova onu çox sevən şirvanlılar adından Haqq yolunda uğurlar arzulayıb doğum gününüz mübarək olsun deyirik!!! Dövlətimizin, xalqımızın sabitliyinin qoprunmasında Ulu Tanrı Sizə yar olsun!

Ad gününüz mübarək, cənab nazir!

İqbal Mikayılov