“Nabucco” gerçəkləşir

16 Oktyabr 2010 21:03 (UTC+04:00)

Macarıstan və Rumıniya "Nabucco" qaz kəmərinin bir hissəsi olan Arad-Seqed marşrutu üzrə 47 km-lik hissəni istifadəyə verib. SİA-nın xəbərinə görə, bu barədə məlumat "MOL" şirkətinin yaydığı xəbərdə göstərilib. Belə ki, "Nabucco" qaz kəmərinin bir hissəsi olan Arad-Seqed marşrutu üzrə 47 km-lik hissə Macarıstan və Rumıniyanın qazpaylayıcı sistemlərini birləşdirir. Macarıstanın "MOL" şirkəti tərəfindən tikilən bu hissə Macarıstan ərazisindən keçir.

 

Bundan əvvəl isə Rumıniya ərazisində qaz kəmərinin 60 km-lik hissəsi açılıb. Həmin hissəni isə Rumıniyanın "Transgaz" şirkəti tikib.

 

Qeyd edək ki, "Nabucco" kəmərinin inşası məqsədilə yaradılan "Nabucco Gas Pipeline İnternational GmbH." konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), "Transgaz" (Rumıniya), "Bulgargaz" (Bolqarıstan), "BOTAŞ" (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. İl ərzində 33 mln kub metr qaz ötürmə qabiliyyətinə malik olacaq boru xəttinin uzunluğu 3 300 km olacaq.