İnformasiya Texnologiyaları İnstitutunun direktoru beynəlxalq toplantıda iştirak edəcək
16 Oktyabr 2010 18:57 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev beynəlxalq tədbirdə iştirak edəcək. Bu barədə SİA-ya AMEA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, oktyabrın 19-dan 21-dək Lüksemburq şəhərində TERENA-nın (Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) Baş Assambleyasının 34-cü toplantısı keçiriləcək. Bu beynəlxalq toplantıda Azərbaycanı İTİ-nin direktoru Rasim Əliquliyev təmsil edəcək.
Qeyd edək ki, TERENA-nın Baş Assambleyasının cari ilin iyun ayında keçirilən iclasında Azərbaycan Milli Elmlər Akademiyası sözügedən transmilli qurumun tamhüquqlu üzvü seçilib.